Yazda ziyarət üçün dünyanın ən gözəl şəhərlərinin siyahısı

Yazda ziyarət üçün dünyanın ən gözəl şəhərlərinin siyahısı

Niderlandın paytaxtı Amsterdam şəhəri bahar mövsümündə səyahət etmək üçün dünyanın ən gözəl şəhəri adlandırılıb.

AzerTimes xəbər verir ki, reytinqdə liderlik edən Amsterdam artıq bir neçə ildir ki, ifrat sayda turist axınına qarşı fəal kampaniya aparır.

Baharda dünyanın ən gözəl və ziyarət edilməli şəhərlərinin ilk onluğu aşağıdakı kimidir:

Amsterdam (Niderland), London (İngiltərə), Praqa (Çexiya), Pekin (Çin), Roma (İtaliya), Las-Veqas (ABŞ), Paris (Fransa), Vyana (Avstriya), Melburn (Avstraliya) və Los-Anceles (ABŞ).

Amsterdam siyahıda bahar fəslinə təsadüf edən çox sayda tədbir və bayramların sayəsində liderlik edir. Misal üçün, aprelin 27-si Kral günündə insanlar Kral Villem-Aleksandrın doğum gününü qeyd etmək üçün narıncı rəngdə paltar geyinərək gecə gec saatlaradək rəqs edirlər.

Teqlər: