Yaz mövsümü ilə əlaqədar Bakıda ümumşəhər daxili iməcliyi keçiriləcək

Yaz mövsümü ilə əlaqədar şənbə günü, aprel ayının 2-də Bakı
Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər daxili
iməcliyinin keçirilməsi qərara alınıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, daxili iməclik
zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq
dirəkləri, məhəccərlər, mağaza vitrinləri, koşklər və dayanacaqlar,
ağaclar və yaşıllıq zolaqları, binaların fasadları yuyulacaq,
ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri
görüləcəkdir.

Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların
kollektivlərini, paytaxt sakinlərini bu iməclikdə fəal olmağa
çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət
edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər
obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında
təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət
edir.

Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz
töhfəmizi vermiş olacağıq.

Teqlər: