Yaz fəslinin Azərbaycana daxilolma vaxtı açıqlanıb

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin
Astrofizika kafedrası bahar fəslinin Azərbaycana daxilolma vaxtını
açıqlayıb.

BDU-dan AzerTimes-a verilən
məlumata görə, 2022-ci ildə Azərbaycan ərazisində baharın gəlişi
martın 20-də, Bakı vaxtı ilə saat 19:33:23-də baş verəcək.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə
hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal
yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində astronomik
yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz
fəslinin uzunluğu 92 gün, 17 saat, 40 dəqiqə olacaq.

Teqlər: