Abşeronda Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edilib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan
cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı
Vətən Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman
igidlərimizin mövlud günləri qeyd edilmişdir. Tədbirdə Abşeron
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq mühafizə
orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri,
şəhid ailələri və qazilər iştirak etmişlər.

Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına
görə”, “Cəsur döyüşçü” və “İgidliyə görə” medallarına layiq görülən
şəhid Sadıqov Rəsul Həşim oğlunun 21-ci, ölümündən sonra “Bayraq
ordeni”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”,
“Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına
layiq görülən şəhid Dövlətov Zaur Zahir oğlunun 27-ci, ölümündən
sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”,
“Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına
layiq görülən şəhid Useynov Ceyhun Elşad oğlunun 32-ci doğum günü
ilə əlaqədar onların məzarları ziyarət olunmuş, şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhlarına dualar
oxunmuşdur.

Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılmış, onların
göstərdiyi şücaətlərdən söz açılmışdır.

RİH başçısı Abdin Fərzəliyev şəhidlərimizin əvvəllər yaşadıqları
evlərə gedərək onların ailə üzvləri ilə görüşmüşdür. Ailələrin
problermləri və qayğıları ilə maraqlanan RİH başçısı Abşeron
rayonunda şəhid ailələrinə bundan sonra da daimi olaraq diqqət və
qayğının göstəriləcəyini qeyd etmişdir.

Şəhid Useynov Ceyhun Elşad oğlunun adının verildiyi küçədə
baralyefinin açılışı olmuşdur. Məlumat verilmişdir ki, Abşeron
RİH-nin tövsiyasi ilə şəhidin adını daşıyan küçəyə asfalt örtüyü
çəkilmiş, ərazidə ümumi abadlıq işləri aparılmışdır.

Şəhid aillələri də onlara dövlət səviyyəsində hər zaman böyük
diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab
Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım
Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

RİH başçısı Abdin Fəzrəliyev günün sonunda “Vətən uğrunda”,
“Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”
və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülən
şəhid Mustafayev Nurlan Hamlet oğlunun öz adını daşıyan övladı
Nurlan Mustafayevin 1 yaşı olması ilə əlaqədar onların evinə
getmiş, şəhid ailəsinin qayğıları və problemləri ilə
maraqlanmışdır.

Teqlər: