Yayda meymun çiçəyi xəstəliyinə yoluxma halları arta bilər – ÜST

Kütləvi tədbirlərin keçirilməsi əlaqədar yay aylarında meymun
çiçəyi xəstəliyinə yoluxma halları arta bilər.

AzerTimes-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüqe
bildirib.

“Avropada kütləvi toplantılar, festivallar və şənliklərlə
müşayiət olunan yay dövrünə yaxınlaşırıq. Virusun yayılmasının
sürətlənə biləcəyindən narahatam”, – deyə H.Klüqe qeyd edib.

O bildirib ki, Avropa regionunda ən azı səkkiz ölkədə son bir
neçə gündə meymun çiçəyi xəstəliyinə yoluxma halları aşkar
edildiyini bildirib. Avropadan kənarda virus Avstraliya, Kanada və
ABŞ-da qeydə alınıb.

Teqlər: