“Yaxşı” dedikləri Türkiyə elə gündə idi ki… – Ərdoğan

“Yaxşı” dedikləri Türkiyə elə gündə idi ki… – Ərdoğan

Diqqət edirsinizsə, qarşımızda duranlar millətimizə gələcək yox, yalnız keçmişi, yəni köhnə Türkiyəni vəd edir.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ölkəni irəli aparmaq istəməyənlər əldə olunanları puça çıxarmaqdan başqa heç bir səy göstərmirlər. Siyasi sabitlik, güclü və effektiv xidmətin arxasınca getmək əvəzinə koalisiyaların, böhranların və xaosun güclənməsini istəyirlər.

Onların “Yaxşı” dedikləri Türkiyə elə Türkiyə idi ki, xəstəxanaya sağ-salamat girənlər xəstə çıxırdı. Həkim bir kənara, bir qutu dərman belə tapmaq çətin olan Türkiyə var idi”, – Ərdoğan bildirib.

Teqlər: