Yaxın günlərdə Koronavirusun peyvəndi gəlir

Yaxın günlərdə Koronavirusun peyvəndi gəlir

Pandemiyanın yayılma sürəti artır və hələ ki, bitməyib.

Bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Operativ Qərargahın bugünkü brifinqində deyib.

ÜST rəsmisi bildirib ki, ilk 100 mində yoluxma sürəti 2 ay vaxt alsa da, son günlərdə bu artıb: “Son iki gündə Azərbaycanda virusa yoluxmada 50 faiz artım müşahidə olunub. İndi ən vacib tədbir sosial məsafənin qorunmasıdır. Hər kəs, xüsusilə, ictimai yerlərdə sosial məsafəni qorumalıdır. Bildiklərinizi özünüzdə saxlamayın. Maarifləndirmə aparın. Ancaq bu şəkildə özümüzü qoruya bilərik. Avropada vəziyyət yaxşılaşsa da, qlobal səviyyədə bu, ürəkaçan deyil. Dünya üzrə virusa yoluxanların 21 faizi tibb işçiləridir”.

O bildirib ki, ÜST tərəfindən 10 peyvənd üzərində sınaq aparılır: “Bir peyvənd yaxın zamanlarda tətbiq oluna bilər”.

Hande Harmancı əlavə edib ki, COVID-19 ilə mübarizədə “Sağlamlıq həmrəyliyi” layihəsi başlayacaq: “Bu layihə 2 il davam edəcək. Bu müddətdə ön cəbhədə çalışan tibb işçilərinin tibbi ləvazimatlarla təmin olunmasına dəstək olacaq, onlara təlimlər keçəcəyik”.

ultra-chip

Təbii ki, rəsmilərin bu açıqlamaları gözlənilən idi və peyvənd bəhanəsi gec ya tez insanlara yeridilməli idi. Hansı ki, peyvənd təkistifadəlik olunan şprislərdən istifadə olunacaq və onlarda maye millilitrajı və şəffaflığı görsənmir.
Hər halda bu çip peyvəndindən sonra nəyə görə yüksəksürətli və analoqu olmayan 5G texnologiyasının vacib olduğunu və alimlərin həyəcan təbilinə baxmayaraq, bu texnologiyanın istifadəyə buraxılması təkidlə nəzərdə tutulur.
Ehtiyatlı olun, xüsusi ilə bu vandallıqdan övladlarınızı qoruyun !

Bir olaq və gələcəyimizi qoruyaq , bu sonu bilinməyən gələcəyə yox deyək.