Yavlinski Putinə təklif verdi: Danışıqları mən aparım!

Yavlinski Putinə təklif verdi: Danışıqları mən aparım!

Yabloko Partiyasının təsisçisi Qriqori Yavlinski noyabrda Prezident Vladimir Putinlə gözüşü zamanı Rusiya və Ukrayna arasında danışıqların aparılması üçün namizədliyini irəli sürüb.

AzerTimes xəbər verir ki, bu barədə Yavlinski RBK kanalına müsahibəsində deyib.

“Mən ancaq Rusiyanı təmsil edə bilərəm, başqalarının adından danışa bilmərəm. Amma bəli, namizədliyimi irəli sürdüm. Mən Çeçenistanda, sonra Dubrovkada vasitəçi olmuşam. Bu, kədərli bir şeydir, amma atəşkəsə doğru addım atmaq lazım gələrsə, mən hazıram”, – Yavlinski bildirib.

Onun sözlərinə görə, Putinlə söhbəti zamanı atəşkəsin tezliklə təmin olunmasını müzakirə edib:

“Mən öz arqumentlərimi təqdim etdim, amma prezident onlara cavab vermədi. Sual açıq qalır. Amma prezident çox ciddi dəqiqləşdirici suallar verdi. Bu, çox dərin və uzun söhbət oldu”.

Siyasətçi qeyd edib ki, üç ay əvvəl atəşkəsdən söhbət getmirdi, amma indi Ukraynanın əks-hücumunun dalana dirəndiyi, Yaxın Şərqdə eskalasiyanın olduğu, Kiyevdə siyasi münaqişələrin yarandığı bir vaxtda əsas ifadə tezliklə atəşkəs olacaq.

Yavlinski bildirib ki, münaqişədə hamı, o cümlədən Qərb ölkələri günahkardır:

“İndiyə qədər heç kim atəşkəs barədə ciddi danışmaq belə istəmir. Və kimsə arxada dayanıb deyir: “Sənə hər hansı silah verəcəm, ancaq döyüşməli olacaqsan, amma mən döyüşməyəcəyəm, qoy orda sənin adamlarını öldürsünlər”.

Teqlər: