Yatmazdan öncə modemi söndürmək lazımdır?

Həyatımızda “WiFi“ın rolu böyükdür. İnternet ehtiyaclarımızı
təmin edən simsiz şəbəkə bir antena vasitəsilə yaydığı siqnallarla
bizim internetə çıxışımızı təmin edir. Bundan əvvəl “WiFi“ (simsiz
şəbəkə) şəbəkələrinin sağlamlığa heç bir təsiri olmadığı düşünülsə
də, dərc edilən bir çox araşdırma nəticəsində yanıldığımız sübuta
yetirildi.

“WiFi“ şəbəkələrinin insan sağlamlığı üçün hansı
təsirləri var?

Təkrarlanan tədqiqatlar nəticəsində “WiFi“ stress, yuxusuzluq,
halsızlıq, baş ağrısı uşaqlarda qavrama pozuntusu kimi təsirlərə
gətirib çıxardığı məlum olub. Araşdırmanın ən diqqət çəkən məqamı
“WiFi“ və digər elektromaqnit dalğalarının xüsusilə gənclər
üzərində daha təsirli ola bilməsidir. Nəzərə alsaq ki, gündən-günə
daha çox “WiFi“ qaynar nöqtələri yaradılır və daha çox maqnit
dalğaları yaranır, nəticədə xəbərimiz olmadan “WiFi“ elektromaqnit
dalğalarına məruz qalırıq və bu maqnit dalğaları sağlamlığımızı hər
gün daha da pisləşdirir. Xüsusən uşaqların modemdən uzaq tutulması
vacib amillərdən biridir. Tövsiyə olunur ki, uşaqların yatdığı
otaqda modemin (router) olmaması və yatmazdan 1 saat əvvəl modem və
telefonun söndürülməsi lazımdır.

Teqlər: