Yassin Benzia Fransa klubuna keçir? – Özü danışdı

Yassin Benzia Fransa klubuna keçir? – Özü danışdı

“Qarabağ”ın futbolçusu Yassin Benzia Fransanın Liqa 2 klublarına keçməkdən imtina edib.

AzerTimes “RMC Sport” nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi bu barədə özü açıqlama verib.

O, bu çempionatdan təkliflərinin olduğunu söyləyib:

“Amma özümü o səviyyədə görmədim. Mövsümü əla keçirirəm. Bu mövsüm 40-dan çox oyunda meydana çıxmışam, Avropa Liqasında mübarizə aparmışam. Hazırda işlər istədiyimiz kimi davam edir”.

Qeyd edək ki, Əlcəzair millisinin üzvü 2023-cü ilin yanvarından “Qarabağ”ın formasını geyinir. Onun “köhlən atlar” ilə müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq.

Teqlər: