“Yaşlı nəslə yardım edəcəm” dedi, dələduzluq etdi – Foto

“Yaşlı nəslə yardım edəcəm” dedi, dələduzluq etdi – Foto

Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşlardan pul yığılması və saxta əsginaslar təqdim edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılıb.

DİN-in Mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə naməlum şəxsin kimliyi müəyyən edilib.

Onun 1993-cü il təvəllüdlü Vüsal Tahir oğlu Əmrahov olması məlum olub.

Davam etdirilən tədbirlərlə V.Əmrahov saxlanılıb. Onun üzərindən 200 manat saxta əsginas aşkarlanıb.

Onun əməlindən zərərçəkən şəxslərin polisə məlumat vermələri tövsiyə edilir.

Araşdırmalar davam etdirilir.

Teqlər: