Yaşı 18-dən aşağı şəxslərə Ağdam və Şuşaya getməyə icazə veriləcək?

İşğaldan azad edilmiş ərazilərə getmək istəyən, yaşı 18-dən
aşağı olan vətəndaşlara bilet satılmır.

Bu qadağa nə vaxt aradan götürüləcək?

Bununla bağlı AzerTimes-ın sorğusuna Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyindən bildiriblər ki, məsələ gündəmdə deyil.

“İşğaldan azad edilmiş ərazilərə təşkil olunan avtobus
reyslərinə ilkin mərhələdə yaşı 18-dən yuxarı Azərbaycan
vətəndaşları bilet ala bilər. Yaşı 18-dən aşağı vətəndaşlara azad
edilmiş ərazilərə valideynlərin müşayiəti ilə də getməyə icazə
verilmir. Əsas səbəb uşaqların təhükəsizliyidir. Növbəti
mərhələlərdə bu məsələyə baxılacaq”, – açıqlamada deyilir.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə yanvarın 24-də ilk
müntəzəm avtobus marşrutları istifadəyə verilib. Biletlər Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı ilə
inteqrasiya olunmaqla yaradılan www.yolumuzqarabaga.az portalı
üzərindən onlayn qaydada satılır.

Teqlər: