İlahiyyat İnstitutunun tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri ümummilli
lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar
olaraq Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Ziyarət zamanı tələbələrə Mərkəzlə bağlı geniş məlumat verilib.
Qeyd edilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq
ideologiyasının, Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və
tədqiq edilməsinə yönəlib.

Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin həyat və
fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv
sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olublar.

Teqlər: