Yaşar Gülər iraqlı həmkarı ilə danışdı

Yaşar Gülər iraqlı həmkarı ilə danışdı

Türkiyənin yeni təyin olunan müdafiə naziri Yaşar Gülərlə ​​İraqın müdafiə naziri Sabit Məhəmməd Səid Rıza Əl Abbasi arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Telefon danışığı zamanı İraqın müdafiə naziri, Yaşar Güləri yeni vəzifəsinə görə təbrik edib, uğurlar arzulayıb və iki nazir qarşılıqlı səfər barədə razılığa gəliblər.

Teqlər: