Yaşar Gülər Bakıya gəldi

Yaşar Gülər Bakıya gəldi

Avqustun 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülərin başçılıq etdiyi nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılayıb.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif aspektləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.

Teqlər: