Yasamalda mənzildə qadın meyiti tapılıb

Yasamalda mənzildə 69 yaşlı qadının meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzerTimes-a verilən xəbərə görə,”112″ qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.


Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Kaybelova Fəridə Abdullayevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Teqlər: