![Yasamalda mağaza yandı: xəsarət alan var Yasamalda mağaza yandı: xəsarət alan var](https://azertimes.az/wp-content/uploads/yasamalda-magaza-yandi-xesaret-alan-var-300x169.jpg)
![](https://azertimes.az/wp-content/uploads/yasamalda-magaza-yandi-xesaret-alan-var.jpg)
Yasamalda mağaza yanıb, xəsarət alan var.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Belə ki, ümumi sahəsi 240 m² olan ikimərtəbəli, 8 otaqlı, mansarda tipli evin 1-ci mərtəbəsində sahəsi 8 m² olan otağın (mağaza kimi fəaliyyət göstərir) içərisində 5 m² sahədə ərzaq malları, 1 ədəd stol və 1 ədəd soyuducu qismən yanıb.
Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.