Yasamalda 2 yol bağlanır

Yasamalda 2 yol bağlanır

Bu axşam saat “22:00”-dan etibarən Yasamal rayonunun İnşaatçılar və Tbilisi prospektlərində rəngləmə işləri aparılacaq.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, bu, Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində icra ediləcək.

“Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. “Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir”, – deyə məlumatda qeyd edilib.