Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb

Xəbər - Fərid Zöhrabov – Trend:

Şabranda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi
aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə,
Şabran rayon sakini O.Ağayev COVID-19 testnin nəticəsi pozitiv
olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq
yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Rayon Polis Şöbəsinin
əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı
ünvana geri qaytarılıb.


Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Teqlər: