Aİ Azərbaycanda 25 minədək sahibkara dəstək göstərməyi planlaşdırır

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanda 25 minədək sahibkara dəstək
göstərməyi planlaşdırır.

Trend-in
məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Peter Mixalko Azərbaycanda kənd yerlərinin inkişafı və
Milli Aqroturizm Sisteminin yaradılması mövzusunda seminarda çıxışı
zamanı deyib.

Onun sözlərinə görə, Aİ nümayəndəliyi Azərbaycan iqtisadiyyatına
iki milyard avrodan çox investisiya yerləşdirməkdə maraqlıdır.

“Aİ Azərbaycanda aqroturizmin inkişafında öncül texnologiyaların
tətbiqinə kömək edir. Biz Azərbaycanın bir sıra rayonlarında yerli
sahibkarların aqroturizm obyektlərinin yaradılması üçün zəruri
alətlərlə təmin olunması üzrə məhsuldar iş görürük. Bundan əlavə,
biz şəhərlər və kəndlər arasında əlaqənin yaradılmasında böyük
iqtisadi potensial görürük. Bu, Azərbaycanda kənd ərazilərinin
inkişafı üçün əlavə stimul olacaq”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)