Yarımfinala çıxan klublar bilindi

Yarımfinala çıxan klublar bilindi

UEFA Avropa Liqasının 1/4 final mərhələsinə yekun vurulub.

Qitənin ən nüfuzlu ikinci klub turnirində keçirilən 4 oyunla yarımfinalçılar bəlli olub.

Türkiyə təmsilçisi “Beşiktaş” səfərdə məğlub olduğu “Lion”a penalti seriyalarında məğlub olaraq mübarizəni dayandırıb.

“Ayaks” və “Mançester Yunayted” də əlavə vaxtda növbəti mərhələyə vəsiqəni təmin edən komandalar olub. Yalnız İspaniyanın “Selta” klubu “Genk”lə səfər görüşündə heç-heçə edərək 90 dəqiqə sonunda tur adlayan komanda olub.

Avropa Liqası
1/4 final, cavab oyunları
20 aprel (cümə axşamı)

23:05. “Beşiktaş” (Türkiyə) – “Lion” (Fransa) – 2:1
Qollar: Taliska, 27 (1:0), Lakazette, 34 (1:1), Taliska, 58 (2:1)
İlk oyun – 1:2

23:05. “Şalke” (Almaniya) – “Ayaks” (Hollandiya) – 3:2
Qollar: Qoretska, 53 (1:0), Burqstaller, 56 (2:0), Kaliquri, 101 (3:0), Vergever, 111 (3:1), Counes, 120 (3:2)
İlk oyun – 0:2

23:05. “Genk” (Belçika) – “Selta” (İspaniya) – 1:1
Qollar: Sisto, 63 (0:1), Trossard, 67 (1:1)
İlk oyun – 2:3

23:05. “Mançester Yunayted” (İngiltərə) – “Anderlext” (Belçika) – 2:1
Qollar: Mxitaryan, 10 (1:0), Hanni, 32 (1:1), Reşford, 107 (2:1)
İlk oyun – 1:1

Əvvəlki xəbər