Yardımlıda torpaq uçqunu: ölən var

Yardımlıda torpaq uçqunu: ölən var

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yardımlı rayonunun Gavran kəndində 1 nəfərin torpaq uçqunu altında qalması barədə məlumat daxil olub.

AzerTimes xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri uçqun baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ərazidə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə 1 nəfər dərinliyi təqribən 5 metr olan çuxurda uçqun altında qalıb. Həyata keçirilən tədbirlər nəticəsində meyit çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Teqlər: