Yardımlıda sərhəd pozucusu saxlanılıb – DSX

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı
mü­hafizəsinin təmin edilməsi sahəsində sərhəd mühafizə və
əməliyyat tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, Aprel ayının
30-da DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin
Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd
zastava­sının xidməti sahəsində dövlət sərhədinin pozul­ması
əlamətləri aşkarlanmış, sərhəd zastavası “Silaha” komandası üzrə
qaldırılmaqla aidiy­yəti orqanlar məlumatlandırılmış və sərhəd
axtarışına başlanılmışdır.

Həyata keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində
qaçaq­malın Deman kənd sakini 1983-cü il təvəllüdlü Əliyev Rahəb
İbrahim oğlunun evində gizlədilməsinə dair əsaslı şübhələr
yaranmışdır.

Məhkəmənin qərarı əsasında Yardımlı rayon polis əməkdaşları ilə
bir­gə həmin şəxsin evində keçirilmiş baxış zamanı zirzəmidə 8610
qutu (7910 “KENT” və 700 “Marlboro” markalı) siqaretlər, 1 ədəd
gecə görmə cihazı və müxtəlif dərman preparatları aşkar olunaraq
götürülmüşdür.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Teqlər: