Yararsız ət satanlara qarşı tədbirlər gücləndirilməlidir – Komitə sədri

Azərbaycanda yararsız heyvan əti satanlara qarşı tədbirlər
gücləndirilməlidir. AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentdə “Qida
təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı
deyib.

O bildirib ki, son illər bu istiqamətdə ciddi tədbirlər görülür.
“1000-dən çox sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun
olaraq tədbirlər görülüb, 10-dan çox insan cinayət məsuliyyətinə
cəlb edilib”, – deyə o bildirib.

T.Rzayev əlavə edib ki, öz ciblərini qida təhlükəsizliyi və
insanların sağlamlığından üstün tutanlara qarşı ciddi tədbirlər
görülməlidir.

Teqlər: