Yaqub Zurufçunun vəziyyəti ağırdır – Yeni Klinika

Bir neçə gün əvvəl koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağırdır.

“Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov AzerTimes-a bildirib ki, Y.Zurufçunun vəziyyəti ağır qiymətləndirilir:

“Qeyri-invaziv süni tənəffüs aparatı dəstəyindədir. Vəziyyətinə uyğun intensiv terapiya aparılır. Vəziyyəti ağır stabil olaraq qalır”.

Qeyd edək ki, koronavirusa yoluxan Yaqub Zurufçu “Yeni Klinika”ya yerləşdirilib.

Teqlər: