Yaponiyanın yeni baş naziri və ABŞ prezidenti arasında telefon danışığı olub

Yaponiyanın baş naziri Fumio Kisida və ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı baş tutub.

AzerTimes-ın məlumatına görə, bu barədə Fumio Kisida telefon danışığının yekunları üzrə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, telefon danışığı təxminən 20 dəqiqə davam edib: “Yaponiya-ABŞ ittifaqını gücləndirməyə, azad və açıq Hind-Sakit okean bölgəsi konsepsiyasının həyata keçirilməsi üzərində çalışmağa hazır olduğumuzu təsdiqlədik”.

Baş nazir bildirib ki, C.Bayden Təhlükəsizlik Müqaviləsinin 5-ci maddəsinə əsasən Yaponiyanı müdafiə edəcəyinə dair öhdəliyini bir daha təsdiqləyib.

F.Kisida həmçinin Çin, KXDR, koronavirusla mübarizə məsələləri üzrə əməkdaşlığı davam etdirməyə razılaşıblar.