Yaponiyanın üçüncü ən böyük bankının sistemində nasazlıq yaranıb

Yaponiyanın üçüncü ən böyük bankı olan “Mizuho” bankının sistemlərinin işində nasazlıq yaranıb.

Trend “TASS”a istinadən xəbər verir ki, bu barədə bankın rəsmi saytında məlumat yerləşdirilib.

Məlumata əsasən, hazırda müştərilər bütün ölkə üzrə filial operatorları vasitəsilə pul köçürmələri həyata keçirə bilmirlər. Ancaq bu xidmət bankomatlarda və internet-bankçılığında mövcuddur.


Bankın rəhbərliyi yaranan narahatlığa görə müştərilərindən üzr istəyir və bütün sistemlərin ən qısa müddətdə işə salınacağına söz verib.

Qeyd edək ki, “Mizuho” Yaponiyanın ən böyük üç bankından biridir və ümumi aktivləri təxminən 193 trilyon yen (1,75 trilyon dollar) təşkil edir.