Bayden və Makron Əfqanıstandakı vəziyyəti müzakirə ediblər

ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmnuel Makron arasında telefon danışığı baş tutub.

AzerTimes-ın məlumatına görə, bu barədə telefon danışığının yekunları üzrə Ağ Evin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, tərəflər Əfqanıstandakı vəziyyəti, həmçinin iki ölkənin vətəndaşlarının Kabil hava limanından təxliyəsini müzakirə ediblər:

“Onlar Əfqanıstan, o cümlədən humanitar yardım və qaçqınların dəstəklənməsi məsələləri üzrə müttəfiqlər və demokratik tərəfdaşlar arasında sıx koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar”.

Prezidentlər həmçinin gələn həftə Əfqanıstanla bağlı G7 sammitinin keçirilməsi üzrə planları alqışlayıblar.