Yaponiyanın şimalında 5.1 bal gücündə zəlzələ qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Milli meteoroloji idarəsi xəbər yayıb.
Zəlzələnin episentri Aomori prefekturasında yerləşib, ocağı 70 km dərinlikdə olub.
İtkilər və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib. Olimpiya oyunlarının keçirildiyi Tokioda yeraltı təkanlar hiss olunmayıb.