Tokio-2020: Cüdoçumuz mübarizəyə qələbə ilə başladı

Azərbaycanı təmsil edən cüdoçu Rüstəm Orucov Tokio-2020 yay Olimpiya oyunlarında mübarizəyə qələbə ilə başlayıb.

Trend xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/16 final mərhələsində rusiyalı Mua Moquşkovla qarşılaşıb. Rəqibinə qalib gələn R.Orucov 1/8 finala yüksəlib.


Qeyd edək ki, Rüstəm Orucov Azərbaycan komandasının bayraqdarlarından biridir.

Teqlər: