Yaponiyanın cənubunda 15 min nəfərin təxliyyə edilməsinə əmr verilib

Yaponiyanın cənubundakı Okinava prefekturasının hakimiyyəti leysan yağışlar səbəbindən torpaq sürüşməsi təhlükəsi ilə bağlı 15 000 yerli sakinin evakuasiya edilməsi əmrini verdi.

AzerTimes-ın məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.

Məlumata əsasən, Okinavanın bəzi bölgələrində 80 mm-ə qədər yağıntı düşə bilər.

Bölgədə yağışlı mövsümün yaratdığı pis hava şəraiti Okinavada iyun ayının sonuna qədər davam edə bilər.