Yaponiyanın cənubundakı Okinava prefekturasının hakimiyyəti leysan yağışlar səbəbindən torpaq sürüşməsi təhlükəsi ilə bağlı 15 000 yerli sakinin evakuasiya edilməsi əmrini verdi.
AzerTimes-ın məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.
Məlumata əsasən, Okinavanın bəzi bölgələrində 80 mm-ə qədər yağıntı düşə bilər.
Bölgədə yağışlı mövsümün yaratdığı pis hava şəraiti Okinavada iyun ayının sonuna qədər davam edə bilər.