Yaponiyada zəlzələdən sonra bu ərazi böyüdü

Yaponiyada zəlzələdən sonra bu ərazi böyüdü

Yaponiyanın Honsyu adasındakı Noto yarımadasının ərazisi yanvarın 1-də baş verən zəlzələ nəticəsində 4,4 kv.km artıb.

AzerTimes xəbər verir ki, bu barədə Tokio Universitetinin Coğrafiya Cəmiyyəti və Seysmologiya İnstitutunun mütəxəssiləri məlumat verib.

Bildirilib ki, dəniz dibinin qalxması ilə bu ərazinin sahil xətti bəzi yerlərdə şimala doğru 250 m-ə qədər uzanıb.

Mütəxəssislər həmin ərazidə ölçmələr aparıb, eləcə də kosmosdan çəkilən görüntüləri analiz ediblər.

Yerli sakinlərin sözlərinə görə, yer qabığının qalxması demək olar ki, dərhal və zəlzələ ilə eyni vaxtda baş verib.

Teqlər: