Yaponiyada ötən gün baş verən 7,3 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 150 nəfərə çatıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Yaponiyanın “Kyodo” agentliyi bildirib.
Yaralananların əksəriyyəti yeraltı təkanların ən çox hiss olunduğu Miyagi və Fukusima prefekturası sakinləridir.
Milli Meteorologiya İdarəsi həftə ərzində afterşokların baş verə biləcəyi barədə xəbərdarlıq edib. Hazırda artıq 20-dən çox afterşok qeydə alınıb.
Qeyd edək ki, bundan əvvəl 124 nəfərin xəsarət alması barədə məlumat verilib.