İranda ötən sutkada təxminən 7 min nəfər koronavirusa yoluxub, 62 nəfər ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 62 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 58 945 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 390 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 518 263 nəfərə çatıb. Virus daşıyıcılarından 3 709 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 298 023 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 10 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranın rayonları koronavirusa yoluxmada 9 rayon qırmızı, 39 rayon narıncı, 228 rayon sarı, 172 rayon isə mavi zona hesab olunur.