Yaponiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var

Yaponiyanın cənubundakı Okinava prefekturasında yüngülmühərrikli
təyyarə qəzaya uğrayıb.

Trend-in
məlumatına görə, hadisə nəticəsində iki nəfər həlak olub.

Qeyd olunur ki, qəzadan sonra təyyarə yanmağa başlayıb. İlkin
məlumata əsasən, təyyarə məşğələ uçuşu keçirirmiş.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.