Yaponiyanın Niiqata prefekturasında qənnadı məmulatlarl sexinə
baş verən yanğında azı 4 nəfər həlak olub.
Trend xəbə verir ki, bu barədə yerli NHK telekanalı məlumat
yayıb.
Hadisənin Murakami şəhərində baş verdiyi qeyd edilir. Polis və
xilasetmə xidmətlərinin məlumatına görə, yanğın zamanı 30-a yaxın
adamın işlədiyi fabrikdə ən azı iki işçi də itkin düşənlər
siyahısındadır.
Hazırda yanğının söndürülməsi üzrə tədbirlər davam etdirilr.