Madaqaskarda Batsirai qasırğası nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb

Madaqaskarda “Batsirai” qasırğası nəticəsində ölənlərin sayı
120-yə yüksəlib, on minlərlə insanın evsiz qalıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Dövlət təbii
fəlakətlərlə bağlı yardım agentliyi ölüm hallarının 87-nin
Madaqaskarın cənub-şərqindəki yerləşən İkonqo rayonunda qeydə
alındığını bildirib, bundan əlavə məlumatların hələ də
yeniləndiyini nəzərə alaraq, bu sayın artacağı istisna edilmir.


Bundan əvvəl agentlik ölənlərin sayını 111-dək artığını
bildirmişdir. Siklon təxminən 124,000 insanın evlərini zədələyib və
ya dağıdıb, daha 30 min nəfərin isə tamamilə evsiz qalmağına səbəb
olmuşdur. Bu insanlar 108 yerdə düşərgələrdə sığınacaq aldığını
vurğulanır.