Yaponiyada pilotsuz konteyner gəmisi iki liman arasında səfəri uğurla başa vurub

Xəbər - Orxan Nəbiyev – Trend:

Yaponiyada pilotsuz konteyner gəmisi iki liman arasında səfəri uğurla başa vurub.

Trend-in məlumatına görə, gəmi gecə və dalğalı dəniz şəraitində Tsuruqa limanından Sakaiminato limanınadək 270 kilometr məsafəni qət edib.

Qeyd olunur ki, yekun məntəqəyə çatdıqdan sonra konteyner gəmisi dronlar vasitəsilə kanatları sahilə atmaqla limana yan alıb.

İndiyədək konteyner limanın akvatoriyasında hərəkət edib və infraqırmızı kameralar vasitəsilə digər gəmilərin hərəkətini, yerləşməsini qeydə alıb.