Yaponiyada ölkə parlamentinin aşağı palatasına – Nümayəndələr Palatasına seçkilər başlayır.
AzerTimes-ın məlumatına görə, bu seçkilərdə ölkənin yeni baş naziri və Liberal Demokrat Partiyasının (LDP) sədri Fumio Kişidanın koalisiyasının COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərini həyata keçirmək və iqtisadi kursun davam etdirmək üçün mandat alıb-almayacağı məsələsi həll olunacaq.
Bu, İkinci Dünya Müharibəsindən sonra Yaponiya tarixində baş nazirin inauqurasiyası ilə aşağı palatanın buraxılması arasındakı ən qısa müddət olub.