“Barselona”nın futbolçusu Aquero xəstəxanaya göndərilib

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Serxio Aquero ehtimal olunan ürək problemlərinə görə xəstəxanada müayinə olunacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə komandanın mətbuat xidməti bildirib.

Oktyabrın 30-da “Barselona” İspaniya çempionatının 12-ci turunda doğma meydanında “Alaves”lə heç-heçə edib (1:1). S.Aquero 41-ci dəqiqədə əvəzlənib. Hücumçu döş qəfəsindəki narahatlıqdan şikayətlənib.

Teqlər: