Yaponiyada Olimpiya oyunlarının iştirakçısı itkin düşüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Yaponiyada yay Olimpiya oyunlarında iştirak edəcək Uqanda milli komandasının idmançısı itkin düşüb.

AzerTimes-ın məlumatına görə, 20 yaşlı ağır atlet Culius Sekitoleko səhər saatlarında hoteli təkr edəndən sonra itib.

Qeyd olunur ki, idmançılar günorta saatlarında koronavirusa qarşı test verməli idilər.

Hazırda polis idmançının axtarışlarını davam etdirir.