Səhiyyə Nazirliyinin mütəxəssisləri onlayn beynəlxalq konqresdə iştirak edib

Xəbər - Samir Əli – Trend:

İyulun 14-16-sı Fransanın paytaxtında onlayn formatda Avropa Kəllə-üz-çənə cərrahlarının XXV Beynəlxalq Konqresi keçirilib.

Səhiyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tədbirdə ABŞ, Böyük Britaniya, Çin, Avstraliya, Yaponiya, Cənubi Koreya və s. ölkələrin Ağız və Üz-çənə cərrahları cəmiyyətlərinin ən qabaqcıl mütəxəssisləri, dünya şöhrətli alimləri və gənc tətdqiqatçıları iştirak edib.

İlk dəfə olaraq Avropa Kəllə-üz-çənə cərrahlarının konqresində Azərbaycan Ağız və Üz-çənə cərrahları Cəmiyyəti (AzOMFS) iştirak edib.

Konfransda AzOMFS sədri professor Çingiz Rəhimovun moderatorluğu qonaq cəmiyyətlərə ayrılan xüsusi səhifədə Milli Onkologiya Mərkəzinin direktor müavini, professor Əziz Əliyevin, Azərbaycan Tibb Universitetinin (ATU) kafedra müdiri, professor Eldar Qasımovun, ATU-nun dosenti Nigar Sultanovanın, Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti Cavid Əhmədbəylinin və digərlərinin məruzələri dinlənilib.

Konfrans təşkilatçılarından daxil olan məlumata görə (rəsmi sənədlə təsdiq edilir), Ağız və Üz-çənə cərrahları cəmiyyətlərinin arasında ən çox baxılan və yüksək qiymətləndirən AzOMFS üzvlərinin məruzələri sayılıb, bu da Azərbaycan səhiyyəsinin böyük nailiyyətidir.

Teqlər: