Yaponiyada klinikada yanğın olub – Otuza yaxın ölən var (FOTO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Yaponiyanın Osaka şəhərində ofis binasında baş verən yanğın nəticəsində azı 27 nəfər həlak olub.

Trend-in məlumatına görə, yanğın binanın dördüncü mərtəbəsində başlayıb.

Qeyd olunur ki, həmin mərtəbədə klinika yerləşib. Həlak olanlar klinikanın işçiləri və ziyarətçilər olub.

Polis yanğının qəsdən törədildiyini ehtimal edir. Hadisədən bir qədər əvvəl yaşlı şəxsin naməlum maye tökdüyü görünüb və ondan sonra yanğın başlayıb.

Hazırda həmin şəxsin axtarışları aparılır.