Yaponiyada kimyəvi zavodda partlayış olub

Yaponiyada kimyəvi zavodda partlayış baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə NHK televiziya kanalı bildirib.

Məlumata əsasən, partlayış Fukusima prefekturasının İvaki şəhərində yerləşən zavodda baş verib.

Bildirilib ki, hadisə nəticəsində ən azı dörd nəfər xəsarət alıb.

Partlayışdan sonra müəssisədə yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları gəlib.