Yaponiyanın Kyuşu adasından cənub məsafədə 5.2 bal gücündə zəlzələ baş verdi, sunami təhlükəsi elan edilməyib.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi bildirib.
Məlumata əsasən, zəlzələlərin episentri inzibati cəhətdən Kaqoşima prefekturasına aid olan Tokara adaları yaxınlığında olub. Təkanların ocağı okean dibinin altında təxminən 20 km dərinlikdə yerləşirdi.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.