Hindistanda xəstəxanada baş verən yanğında 4 nəfər öldü

Hindistanda ən az dörd nəfər xəstəxanada baş verən yanğında ölüb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Hindustan Times” mənbələtə istinadən bildirib.

Bildirilib ki, yanğın koronavirusa yoluxan insanların müalicə aldığı xəstəxanada baş verib.

Məlumata əsasən, yanğın xəstəxananın birinci mərtəbəsində ötən gün axşam saatlarında başladı. Yanğının tüstüsü 10 xəstənin müalicə olunduğu reanimasiya şöbəsinin yerləşdiyi ikinci mərtəbəyə yayılıb.

Xəstəxana heyəti yalnız altı nəfəri xilas edə bilidib, qalan dörd xəstə boğulma səbəbindən öldü. Ölənlərin şəxsiyyəti hələki müəyyənləşdirilməyib.