Yaponiya yerli neft emalı zavodlarının inkişafı üçün İraqa təxminən 300 milyon dollar kredit ayırmaq niyyətindədir

Yaponiyanın xarici işlər naziri Tosimitsu Motegi İraqa səfəri zamanı bildirib ki, Yaponiya hökuməti İraq hökumətinə yerli neft emalı zavodlarının inkişafı üçün təxminən 32.7 milyard yen (təxminən 297 milyon dollar) kredit vermək niyyətindədir.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə,bundan əlavə Motegi, İraq rəhbərliyinin nümayəndələri, o cümlədən Respublika Prezidenti Barham Saleh ilə Əfqanıstandakı vəziyyəti və yeni koronavirusun yayılmasına qarşı mübarizəni müzakirə edib.