Yaponiya Ukraynaya 5.5 milyard dollarlıq yardım edəcək

Yaponiya Ukraynaya 5.5 milyard dollarlıq yardım edəcək

Yaponiya Baş naziri Fumio Kişida ölkəsinin Ukraynaya 5,5 milyard dollar yardım edəcəyini açıqlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Baş nazir G7 liderlərinin Ukraynanın işğalı ilə bağlı birliyi davam etdirəcəkləri deyib. O qeyd edib ki, müharibənin başlanmasının ildönümündə G7 liderləri telekonfrans keçirəcək və Vladimir Zelenski də dəvət ediləcək”, – məlumatda deyilib.

Teqlər: