Yaponiya üç Belarus bankına qarşı sanksiya tətbiq edib

Tokio Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar üç Belarus bankına
qarşı sanksiyalar barədə razılığa gəlib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Yaponiya xarici işlər nazirliyi
bildirib.

Nazirlik qeyd edib ki, aktivlərin dondurulması və tranzaksiya
qadağalarını ehtiva edən sanksiyalar üç maliyyə institutuna qarşı
tətbiq olunur: Belagroprombank, Dabrabıt Bank və Belarus İnkişaf
Bankı.

Məhdudiyyətlər aprelin 10-dan qüvvəyə minəcək.